Sankt-Peterburq metrosunda törədilən terror aktının əmrini verən şəxsin kimliyi müəyyən edilib. Bu barədə Rusiya Federal Təhlükəsizlik (FSB) Xidmətinin direktoru Aleksandr Bortnikov jurnalistlərə açıqlamasında deyib. Kəşfiyyat qurumunun rəhbəri məsələ ilə bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, sözügedən teraktla bağlı bu günə qədər 10 şübhəli şəxs yaxalanıb. Sonuncu dəfə Abror Əzimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Məhkəmə onun həmin olayla dolayı əlaqəsinin olduğunu sübuta yetirmişdi. Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB