Donald Tramp noyabrda Filippinə səfər edəcək

Donald Tramp noyabrda Filippinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp bu ilin noyabrında ASEAN ölkələrinin sammitində iştirak etmək üçün Filippinə səfər edəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Filippindəki səfiri Marsiano Peynora söyləyib.

Qeyd edək ki, ABŞ-Filippin münasibətləri Obamanın hakimiyyəti dövrünün sonlarına yaxın pisləşmişdi. Vəziyyət hətta o həddə çatmışdı ki, Filippin lideri Rodriqo Duterte Obamanı tənqid edib, Rusiya və Çinlə yaxınlaşmaq istədiyini bildirmişdi. Filippin hazırda ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri sayılır. Burada ABŞ-ın ən böyük bazalarından biri yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə