Manisa vilayətində zəlzələ olub

Manisa vilayətində zəlzələ olub

Dünən Türkiyənin Manisa vilayətində 4,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb. Məlumata görə, yerli vaxtla saat 19:44-də qeydə alınan yeraltı təkanların episentri Şahzadələr rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə