Rusiyada ötən ay naməlum şəxslərin hücumuna məruz qalmış jurnalist ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Novıy Peterburq" qəzetinin müxbiri Nikolay Andruşenko xəstəxanada vəfat edib. Martın 9-da başından zədə alan N. Anduşenko bu vaxtadək komada olub. O, səhər saatlarında ölüb.
N. Andruşenko ötən əsrin 90-cı illərində Sankt-Peterburqun şəhər Şurasının deputatı olub. "Novıy Peterburq" qəzetinin həmtəsisçisi olan N. Anduşenko 2008-ci ildə ekstremizmə çağırış və hökumət nümayəndələrini təhqir etməkdə ittiham olunub. Lakin sonra cinayət işi bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB