ABŞ-da silahlı şəxs üç nəfəri qətlə yetirib

ABŞ-ın Kaliforniya ştatının Fresno qraflığında qaradərili şəxs odlu silahdan atəş açaraq üç nəfəri qətlə yetirib, bir nəfəri isə yaralayıb. Ölən və yaralanan şəxslərin hamısı ağdərilidirlər. Polis cinayət törədən şəxsi - Kori Ali Muhammadi yaxalaya bilib.

Qraflığın polis idarəsinin rəisi Cerri Dayer hadisəni törədən şəxsin 90 saniyə ərzində 16 dəfə atəş açdığını bildirib. O, Kori Ali Muhammadin bu cinayəti irqi nifrət zəminində törətdiyini ehtimal edib.

Cinayət törədən şəxsin atası oğlunun özünü ağdərililərlə qaradərililər arasında davam edən mübarizənin iştirakçı hesab etdiyini açıqlayıb.

Bu hadisə ABŞ-da silahlara nəzarət edilməsi ilə bağlı müzakirələri daha da gücləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə