Ermənistan polisinin Şirak vilayəti üzrə idarəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisinin itkin düşdüyü barədə məlumat yayıb. "Əsgər Dmitriy Loşmanov aprelin 16-da alış-veriş üçün hərbi hissəni tərk etmiş və bir daha geri qayıtmayıb", - deyə polisdən "RİA Novosti"yə polisdən bildirilib. Məlumata görə, müqavilə əsasında xidmət çəkən D. Loşmanov ümumi yataqxanada yaşayıb. Hazırda onun barəsində axtarış elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB