Rusiya prezidenti Vladimir Putin Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. "TASS"-ın yaydığı məlumata görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov deyib. "Bəli, prezident Ərdoğanı təbrik edib", - Peskov deyib.
Qeyd edək ki, ötən bazar günü Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. İlkin məlumata əssən, 51,33 faiz seçici dəyişikliklərin lehinə səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB