Georgi Marqvelaşvilidən Rusiyaya mesaj: Gürcüstanla konstruktiv dialoq qurmalısınız
Rusiya Gürcüstanla konstruktiv dialoq qurmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Rusiya XİN rəhbəri Sergey Lavrovun Abxaziya səfərinə münasibət bildirərkən deyib. "Xarici ölkənin rəsmisi yalnız Gürcüstan hökumətinin icazəsi ilə Abxaziyaya səfər edə bilər. Əks halda, bu, beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır", - nazir bildirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun bu gün separatçı Abxaziyaya ikigünlük səfəri başlayır. Tiflis buna qədər bir neçə dəfə bu səfərə rəsmi etirazını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB