"ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq"

"ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq"

Hərbi bazalarımızıda illik, aylıq və hətta həftəlik olaraq raket sınaqlarımızı keçirməyə davam edəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Syonq-Ryol deyib. O bildirib ki, ABŞ hərbi hərəkət başladarsa, müharibə qaçılmaz olacaq.

Qeyd edək ki, son günlər ABŞ və Şimali Koreya hökumətləri bir-birini raket zərbələri ilə təhdid etməyə başlayıb. ABŞ "Karl Vilson" təyyarədaşıyan gəmisini və bir raket esminesini bölgəyə yerləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə