"Bu gün Türkiyənin taleyini həll edirik"

"Bu gün Türkiyənin taleyini həll edirik"

CHP lideri Kamal Kılıçdaroğlu Ankarada referendumda səs verib. Axar.az xəbər verir ki, həyat yoldaşı və oğlu ilə birlikdə "Argentina" orta məktəbinə gələn Kılıçdaroğlu səsvermədən sonra jurnalistlərə açıqlama verib.

"Son dərəcə gözəl bir kampaniya apardıq. Bütün vətəndaşlarımızı qucaqladıq, heç kəsi özümüzdən uzaqlaşdırmadıq. Bu gün Türkiyənin taleyini həll edirik. Çox xoşbəxtəm ki, inşallah, xeyirli bir nəticə qeydə alınar", - Kılıçdaroğlu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə