Prezident seçkiləri ilə əlaqədar
Fransada keçiriləcək prezident seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir. "Lefigaro.fr" saytı xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Mattias Fekl "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib. O deyib ki, səsvermə günləri ölkədə asayişin təmin olunması üçün 57 min polis işçisi səfərbər ediləcək. Onlar 67 min seçki məntəqəsində təhlükəsizliyi təmin edəcəklər.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB