Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Bu barədə CNN telekanalı xəbər verib.
"Suriya mülki müdafiə" qeyri-hökumət təşkilatının məlumatına əsasən, hadisə nəticəsində 55 nəfər yaralanıb.
Hadisə şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobusların yanında törədilib. Məlumata görə, terroçu-kamikadze avtomobilini avtobusların yanında partladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB