Suriyada avtobus karvanına hücum nəticəsində həlak olanların sayı yüzü keçib

Suriyada avtobus karvanına hücum nəticəsində həlak olanların sayı yüzü keçib

Suriyada mühasirə bölgələrindən köçürülənlərin avtobus karvanına terror hücumu nəticəsində həlak olanların sayı yüzü keçib. Bu barədə Anadolu informasiya agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, bölgələrdən gələn karvanın Rəşidində nəzarət məntəqəsində gözlədiyi vaxt minalanmış avtomobillə partlayış törədilib. Partlayışın olduqca şiddətli olduğu, ölənlərin say-hesabının olmadığı bildirilir. Yaralananlar xəstəxanalara təcili yardım maşınları, pikaplar və hər cür avtomobillərlə daşınıb.

Partlayan avtomobilin 30 metrliyində olan Anadolu agentliyinin müstəqil müxbiri Abdullah Həsən hadisədən xəsarət almadan qurtarıb. Müxbirin şəxsi avtomobili yararsız hala düşüb.

Bəzi yaralılar Türkiyədə müalicə olunmaq üçün Hatay vilayətinin Reyhanlı rayonunda yerləşən sərhəd-keçid məntəqəsinə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə