Süleyman Soylu: "Bu, ölkəmizə, torpağımıza xəyanətdir"

Süleyman Soylu: "Bu, ölkəmizə, torpağımıza xəyanətdir"

Bir hüquq bürosuna bizim dost deyə bildiyimiz bir Qərb ölkəsi yüksək məbləğdə pul göndərir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu çıxış edib.

"Səhər Daxili İşlər Nazirliyinə gedəndə bir xəbər gəldi. Həm də bütün detalları ilə birlikdə. Xəbər bilirsinizmi nədir? Bu ölkədə FETÖ-dan həbs edilən bir hakim və prokurorla bağlıdır. Bir hüquq bürosuna bizim dost deyə bildiyimiz bir Qərb ölkəsi yüksək məbləğdə pul göndərir və deyir ki, bunları siz müdafiə edəcəksiniz. Burada gördüyünüz çatışmazlıqları Avropa İnsan Haqları Məhkəməsinə bildirəcəksiniz və ondan sonra da biz işi yerinə yetirəcəyik. Bu, ölkəmizə, torpağımıza xəyanətdir", - Soylu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə