Vyanada iki qatar toqquşub, 7 nəfər xəsarət alıb

Vyanada iki qatar toqquşub, 7 nəfər xəsarət alıb

Avstriyanın paytaxtı Vyananın Maydlinq səmtində yerləşən dəmiryolu vağzalında iki qatar toqquşub. Axar.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər xəsarət alıb. Toqquşmanın şəhərlərarası fəaliyyət göstərən qatarlar arasında baş verdiyi bildirilib.

"Vyana-Maydlinq" vağzalı müvəqqəti olaraq bağlanıb. 30 nəfər xilas edilib, onlardan yeddisi xəsarət alıb", - deyə polisin məlumatında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə