Rusiya rəngli inqilabı kifayət qədər geniş anlayış kimi başa düşür. Axar.az xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında erməni politoloq Ruben Meqrabyan söyləyib.
"Mən dəfələrlə demişəm və yenə təkrar edirəm: vətəndaşın istənilən seçimi Moskva üçün rəngli inqilabdır. Moskvanın nəzarətindən kənarda olan istənilən hakimiyyətin formalaşdırılması yolları da rəngli inqilab sayılır. Rusiya korrupsiya ilə mübarizəni də, Qərblə yaxınlaşmağı da rəngli inqilab kimi qələmə verir. Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı 25 il əvvəl mövcud olan Varşava Müqaviləsi Təşkilatının oxşarıdır. Bu da o zaman məhdud suverenliyə malik sovet düşərgəsinin dövlətlərinin onları əhatə edən tikanlı məftillərdən çıxışa addım atmaması üçün lazım idi. O zaman bu cür addımlar "antisovet", indi isə "rəngli inqilab" adlanır. 27 oktyabr, 1 mart, aprel müharibəsindən sonra Ermənistandan rəngli inqilab üçün hansısa təşəbbüs gözləmək çətindir. Aydındır ki, bundan sonra Rusiya bizim üzərimizə bütün zəhərini tökəcək. KTMT Rusiyaya istənilən kütləvi hərəkatı yatırmaq haqqını verən güc rıçağıdır", – deyə o bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bunda
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB