Bəşər Əsədin baş müşaviri: "ABŞ-ın bu yalan iddiası..."

Bəşər Əsədin baş müşaviri: "ABŞ-ın bu yalan iddiası..."

Suriya ordusu nə üçün kimyəvi silahları uşaqlara, qadınlara və qocalara qarşı istifadə etsin?. Axar.az xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsədin baş müşaviri Buseyna Şaban deyib. O qeyd edib ki, bu yöndə yayılan iddialar məntiqsizdir:

"2013-cü ildə bütün kimyəvi silahlar Suriyadan çıxarılıb. Amma yenə də deyək ki, bu silah Suriya ordusunun əlinə keçib. Bəs nə üçün bunu dinc insanlara qarşı istifadə edək? Şayrat aviabazasında kimyəvi silahlar olmayıb. Amma ABŞ-ın bu yalan iddiasını bütün dünya mediası qəbul etdi və indi də həqiqət kimi təqdim edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə