İstanbul Prokurorluğu: FETÖ-çular yeni çevrilişə hazırlıq görürlər

İstanbul Prokurorluğu: FETÖ-çular yeni çevrilişə hazırlıq görürlər

Türkiyənin İstanbul Cümhuriyyət Prokurorluğu FETÖ şəbəkəsinin 15 iyul çevriliş cəhdi ilə bağlı yeni ittihamnamə hazırlayıb. Axar.az xəbər verir ki, iddiaya görə, 15 iyul gecəsi FETÖ-çu hərbçilərin bir qismi deşifrə olmamaq üçün qiyamda iştirak etməyib.

Sənədə görə, iğtişaşlara qatılmayan FETÖ-çular yeni çevriliş cəhdi üçün hazırlıq görürlər. Bundan əlavə, "Baylok" sistemindən istifadəyə görə prokurorluğa göndərilən 800 əsgərlə bağlı sənədlərdə 500-nün qiyamda iştirak etmədiyi də bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə