ABŞ ilk dəfə olaraq ən güclü qeyri-nüvə bombasından istifadə edib

ABŞ ilk dəfə olaraq ən güclü qeyri-nüvə bombasından istifadə edib

ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə bombasından istifadə edib. Anadolu agentliyi xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Əfqanıstanın Nanqaxar şəhərində İŞİD terror qruplaşmasının tunel kompleksinə ən böyük qeyri-nüvə bombası olan "GBU-43" bombası atılıb.

ABŞ Müdafiə Nazirliyinin əməkdaşı Adam Stump bombalı hücumun yerli vaxtla səhər 7.32-də "MC-130" tipli bombardman təyyarəsi ilə həyata keçirildiyini bildirib. O, sözügedən bombanın ABŞ hərbi qüvvələrinin arsenalındakı ən böyük qeyri-nüvə bombası olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ ordusunda MOAB (Massive Ordnance Ariblast Bomb) adı ilə tanınan bombaya "bütün bombaların anası" da deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə