Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəsin möhkəmləndirilməsi məqsədi ilə birgə fəaliyyətin önəmini vurğulayıb, Astana və Cenevrə prosesinə dəstəyi davam etdirmək niyyətlərini bildiriblər. Həmçinin aprelin 4-də Suriyada kimyəvi silahdan istifadə ilə bağlı insidentin beynəlxalq səviyyədə araşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Prezidentlər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların intensivləşdirilməsinin önəmini də qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə