İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb. İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.
İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq. Seçkilər mayın 19-da keçiriləcək. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB