Ərdoğan: "Avropanın üzündəki makiyaj tökülür"

Ərdoğan: "Avropanın üzündəki makiyaj tökülür"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Giresunda keçirilən mitinqdə çıxışı zamanı maraqlı ifadələr işlədib. Qardaş ölkənin Prezidenti xalq qarşısında çıxışı zamanı bildirib ki, artıq Avropalılar müsəlmanları həzm edə bilmir: "Nə edirlərsə, etsinlər. Avropanın üzündəki makiyaj tökülür. Faşist siması ortaya çıxır. Nə etsələr, boşdur. Avropanın gələcəyini oradakı 5 milyon qardaşımız müəyyən edəcək", - dövlət başçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə