Almaniyadan ABŞ-a Hitler cavabı...

Nasist Almaniyası ilə edilən müqayisələr heç bir zaman məntiqli deyil. Axar.az xəbər verir ki, bu sözləri Almaniya hökumət sözçüsü Steffen Sibert ABŞ Dövlət Departamentinin sözçüsü Şon Spayserin açıqlamasına cavab olaraq deyib. "Bu, sadəcə mövcud durumlarla nasist cinayətləri arasındakı müqayisələrin heç bir zaman müsbət nəticə verməyəcəyini göstərir", - Almaniya rəsmisi bildirib.

Qeyd edək ki, Spayser mətbuat konfransı zamanı Hitlerin belə Əsəd kimi vəhşiliklər törətmədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə