Honkonqda iki avtobus toqquşub, yaralılar var

Honkonqda iki avtobus toqquşub, yaralılar var

Honkonqda reys avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində 55 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, qəza nəticəsində bölgədə nəqliyyatın hərəkəti ləngiyib. Qəza yerinə 20-dən çox tibbi yardım maşını cəlb olunub. Yaralıların vəziyyətinin ağır olmadığı barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə