Almaniyada terror aktı

Aprelin 11-də "Borussiya" futbol klubunun avtobusunun yanında partlayış baş verib. İnsident nəticəsində "Borussiya" klubunun futbolçusu Mark Bartra və komandanı müşayiət edən polis əməkdaşı yaralanıb. SİA-nın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin Baş prokurorluğu Dortmund şəhərində baş verən partlayışı terror aktı hesab edir.

Qeyd olunub ki, cinayətin əlamətləri onun terror aktı olduğuna işarə edir. Prokurorluq təhqiqat aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə