Trampın arvadından “Daily Mail” nəşrinə 150 milyonluq TƏZMİNAT TƏLƏBİ
Britaniyanın "Daily Mail" tabloidi ABŞ-ın birinci xanımı Melana Trampa onun keçmiş həyatı ilə bağlı məqalə dərc etməsinə görə pul vəsaiti ödəyəcəyi və təkzib verəcəyi ilə bağlı öhdəlik götürüb. SİA xəbər verir ki, bu barədə adıçəkilən nəşrdə qeyd edilib.
Belə ki, söhbət "Daily Mail" nəşrində Ağ ev rəhbərinin həyat yoldaşının 1990-cı illərdə eskort-xidmət göstərdiyi barədə gedən yazıdan gedir.
Buna cavab olaraq, Melani Trampın vəkili adıçəkilən nəşrə qarşı 150 milyonluq təzminat iddiası qaldırıb.
"Biz, ona dəyən zərəri və xərcləri ödəməyə hazırıq"-deyə "Daily Mail"ın bəyanatında bildirilir. Lakin məbləğin dəqiq rəqəmi göstərilməyib. Buna baxmayaraq, "Reuters" agentliyi müəyyən məlumatlar toplaya bilib. Agentlik sözügedən vəziyyətdən xəbərdar olan mənbədən öyrənib ki, ödəniləcək təzminatn yekun məbləği 3 milyon dollar olacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB