Suriyanın İdlib şəhərində zarin qazından istifadə edildiyi təsdiqləndi. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağ AA-ya açıqlamasında deyib. "İdlibdə kimyəvi hücuma məruz qalan şəxslərdən götürülən qan və analiz nümunələri nəticəsində zarin qazının bir nümunəsi olan metil fosfonik asit aşkar edilmişdir", - nazir bildirib.
Qeyd edək ki, İdlibin Xan Şeyhun bölgəsinə Əsəd qüvvələrinin kimyəvi hücumu nəticəsində 100-dən çox dinc sakin həlak olmuşdu. Ölənlərin və yaralananların əksəriyyəti Türkiyədəki xəstəxanalara yerləşdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB