Suriyada daha 2 rus əsgəri öldürülüb

Suriyada daha 2 rus əsgəri öldürülüb

Suriyada terrorçuların quraşdırdığı minanın partlaması nəticəsində 2 rus hərbçi ölüb, 1-i isə yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Suriya Ərəb Respublikasında terrorçuların hücumu nəticəsində 2 hərbçimiz həlak olub. Yaralanan bir hərbçimizin həyatını xilas etmək üçün həkimlər səy göstərir", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, olayın hansı şəhərdə baş verdiyi bildirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə