ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhər məktəbində açılan atəş nəticəsində ölənlər arasında ibtidai sinif müəlliməsi və onun 8 yaşlı şagirdi var. SİA "interfax"a istinadən xəbər verir ki, hadisə ilə bağlı jurnalistlərə məlumat verən şəhər polisinin rəisi Carrord Buruqanın sözlərinə görə, hücum edən şəxs ölən müəllimənin əridir. O, qeyd edib ki, qatil Kaliforniyanın Riversayd şəhərinin sakini, müəllimənin 53 yaşlı əri Sedrik Andersondur. Məhz o, psixofiziki uşaqlar üçün ibtidai məktəbdə dərs deyən 53 yaşlı həyat yoldaşı Eylen Smitə böyük kalibirli revolverdən atəş açıb.
Polis rəisi onu da bildirib ki, atəş açan şəxslə ölən qadının bir neçə aylıq evliliyi olub və onlar bir ay bundan qabaq ayrılıblar.
Bundan əlavə, qatil əvəllər cinayət törətdiyinə görə həbsdə yatıb. O, qanunsuz silah gəzdirdiyinə, ailədə zor tətbiq etdiyinə və narkotik vasitələr satdığına görə məsuliyyətə cəlb olunub.
Hadisədə bir nəfər 9 yaşlı uşaq da güllə yarası alaraq xəstəxanaya qaldırılıb. Onun vəziyyətinin stabil olduğu deyilir.
Qatil isə atəş açdıqdan sonra intihar edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB