Nigeriyada 57 “Boko Haram” silahlısı öldürülüb

Nigerin silahlı qüvvələri "Boko Haram" qruplaşmasının 57 silahlısını məhv edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Niger müdafiə nazirliyinin məlumatında bildirilir. Məlumata əsasən, ölkənin cənub-şərqindəki Diffa əyalətində terrorçulara qarşı həyata keçirilən hərbi əməliyyat zamanı Niger ordusunun 15 əsgəri və 2 dinc sakin yaralanıb. Əməliyyat terrorçuların əyalət kəndlərindən birinə hücumundan sonra başlayıb.

Xatırladaq ki, "Boko Haram" Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" İŞİD-ə sədaqət andı içib.

Bütün xəbərlər Facebook səhifəmizdə