ABŞ-ın Suriyanın Şayrat hava bazasına təşkil etdiyi hücumu dəyərləndirən suriyalı bir zabit hücumun İsrailin maraqları əsasında həyata keçirildiyini, lakin hədəflərin yüksək dəqiqliklə yerinə yetirilmədiyini bildirib. Axar.az xəbər verir ki, Şayrat bazasının yaxın günlərdə əməliyyatlar üçün istifadəyə hazır vəziyyətə gətiriləcəyini deyən suriyalı zabit hücumun səbəbi olaraq, 3 həftə əvvəl bu bazadan İsrail təyyarələrinə qarşı hücum keçirilməsini göstərib.
"ABŞ-ın bazanı vurmasının səbəbi İdlibdəki kimyəvi hücum deyil, 3 həftə öncə İsrail təyyarələrinə qarşı bu bazadan istifadə edilməsi və bir İsrail təyyarəsinin vurulmasıdır", - suriyalı zabit qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB