Rusiyadan Türkiyəyə çarter uçuşları dayandırıla bilər. Axar.az xəbər verir ki, bu barədə Rusiya Hava Yolları Şirkətlərinə Rusiya Federal Aviasiya Təşkilatı (Rosaviatsiya) tərəfindən xəbərdarlıq edilib. Səbəb olaraq Türkiyədəki mürəkkəb siyasi vəziyyət göstərilib.
Rusiya Tur Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze açıqlamasında Türkiyəyə çarter uçuşlarının hələ qadağan olunmadığını, ancaq 16 aprel referendumundan sonra vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi, hər hansı bir gərginliyin yaşanması ehtimalının yüksək olmasından dolayı belə bir xəbərdarlıq edildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB