Vilnüsdə etiraz mitinqi: "Tədris ilinin müddəti uzadılmasın"

Vilnüsdə etiraz mitinqi: "Tədris ilinin müddəti uzadılmasın"

Litvanın paytaxtı Vilnüsdə etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, nümayiş iştirakçıları tədris ilinin müddətinin uzadılmasına etiraz ediblər.

Bundan əvvəl ölkənin təhsil naziri Yurqita Petrauskene demişdi ki, təhsilin keyfiyyətini artırmaq məqsədilə tədris ilinin müddətinin 10-15 gün uzadılması planlaşdırılır. Bu, artıq hökumətin proqramına da daxil edilib. Təqribən 400 nəfər Təhsil Nazirliyinin binası qarşısına toplaşaraq bu təkliflə razılaşmağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə