Ötən gecə Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror qruplaşmasının liderlərindən biri olan "Şir" ləqəbli Kari Şer Məhəmmədi məhv edib. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın Sari-Pul əyalətinin qubernatoru Məhəmməd Zahir Vahdat "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. Əməliyyat zamanı terrorçunun 3 mühafizəçisi də məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB