Putinin sözçüsü: "Bu xəbər haqda məlumatımız yoxdur"

Putinin sözçüsü: "Bu xəbər haqda məlumatımız yoxdur"

Kremlin sözçüsü Dmitri Peskov Rusiya, İran və Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyən qrupların yaratdığı qərargahın ortaq bəyanatından xəbərsiz olduğunu bildirib. "Bu xəbər haqda məlumatımız yoxdur. Buna görə də, təsdiq edə bilmərik. "Röyter"in bunu hansı mənbəyə istinadən yaydığını bilmirik".

Xatırladaq ki, Rusiya, İran və Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyən qrupların birgə bəyanatı yayılıb. "Röyter"in yaydığı xəbərə görə, bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada "qırmızı xətt"i keçdiyi və bundan sonra Suriyaya qarşı istənilən hücuma cavab veriləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə