ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya səfəri zamanı yalnız xarici işlər naziri Sergey Lavrovla görüşəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin nümayəndəsi Mariya Olsun deyib. O bildirib ki, Tillersonun ancaq Lavrovla görüşü rəsmi olaraq təsdiqlənib. Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə olacaq.
Qeyd edək ki, daha əvvəl media dövlət katibinin prezident Vladimir Putin ilə görüşünü ləğv etməsi barədə xəbər yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB