Kəşmirdə etirazçılar ilə polis arasında toqquşma olub: Azı 6 nəfər ölüb

Kəşmirdə etirazçılar ilə polis arasında toqquşma olub: Azı 6 nəfər ölüb

Hindistanın Cammu və Kəşmir ştatında etirazçılar ilə polis arasında baş verən toqquşmalar nəticəsində azı 6 nəfər ölüb. Report xəbər verir ki, polis seçki məntəqələrinə hücum edən kütləyə atəş açmaq məcburiyyətində qalıb.

Dünən Hindistanın 29 ştatından 9-da, eləcə də Cammu və Kəşmirdə ştat assambleyası və ölkə parlamentinə əlavə seçkilər keçirilir. Qanderbal və Badqam dairələrində seçkiləri boykot edən etirazçılar seçki məntəqələrinə daş və yandırıcı qatışıqlı butulkalar atıblar. İğtişaşlar digər dairələrdə də baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə