Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb. Axar.az xəbər verir ki, hadisə səhər saatlarında Kapadokiya kurort bölgəsinin Nevşehir şəhərində güclü külək səbəbindən baş verib. Kappadokiya bölgəsində Göreme mahalı yaxınlarında havaya qalxan şarlardan biri, Ortahisar mahalı yaxınlığında eniş edən zaman küləyin təsiri ilə yüksək gərginlikli elektrik xəttinə çırpılıb, daha sonra yerə düşüb.
Hava şarının sərt şəkildə eniş etməsi nəticəsində 1 fransalı turist ölüb, Fransa, Kolumbiya və Türkiyədən olan 20 turist isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
***
Kapadokyada hava şarının yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB