ABŞ-ın Suriya hücumu hüquq pozuntusudur. Axar.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsi terroristləri cəsarətləndirəcək:
"Tramp seçki öncəsi verdiyi sözlərin heç birini tutmadı. Bu, seçkilərdən bir-iki ay sonra özünü göstərməyə başlamışdı. Bu hücum, əslində, ABŞ-ın terrora qarşı mübarizə aparmadığını göstərdi. ABŞ bu hücumla həm də beynəlxalq hüquq normalarını pozub. Çünki hücum BMT-nin qərarı olmadan təşkil olunub. Halbuki Suriya hücumlarının ABŞ ilə heç bir əlaqəsi yox idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB