Stokholmdakı terror aktının görüntüləri yayılıb

Stokholmdakı terror aktının görüntüləri yayılıb

Stokholmda yük maşını ilə törədilən terror aktının görüntüləri yayılıb. Mağazalardan birinin müşahidə kamerasına düşən kadrlarda insanların qorxu içərisində sürətlə gələn yük maşınından gizlənməyə çalışdıqları görünür. Bir neçə şəxsin son anda canlarını qurtararaq mağazaya girdikləri kameraya düşüb.

Xatırladaq ki, aprelin 7-si Stokholmda Stokholmun mərkəzi piyada küçələrindən birində yük maşını insanları vurub. Naməlum şəxsin həmin maşını qaçırdığı məlum olub. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin törədilməsində şübhəli bilinən şəxsi saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə