Rusiya-ABŞ arasındakı "qaynar xətt" ləğv edildi

Rusiya-ABŞ arasındakı "qaynar xətt" ləğv edildi

Suriyada koordinasiyanın təşkil edilməsi məqsədilə ABŞ-Rusiya arasında yaradılan qaynar rabitə xətti 8 apreldən etibarən dayandırılır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib. O bildirib ki, məsələ ilə bağlı ABŞ-ın hərbi attaşesinə nota göndərilib. Qeyd edək ki, sözügedən ölkələr arasında Suriyada uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı koordinasiya aparılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə