Polşanın cənubunda sərnişin qatarı yük maşını ilə toqquşub. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Ozimek şəhəri yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Qəza baş verdiyi an qatarda 300-dək sərnişin olub. Qəzanın səbəbləri barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB