İsveç polisi Stokholmda terror törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb

İsveç polisi Stokholmda terror törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb

İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayımlayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onun artıq axtarışa verildiyi bildirilir. Bundan əvvəl terror aktı törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə məlumat yayılsa da, polis bunu təkzib edib. Məlumata görə, hüquq-mühafizə orqanlarının mümkün terror aktı ilə bağlı məlumatları olmayıb.

Xatırladaq ki, dünən İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə