Rusiya Baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib. APA-nın Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Medvedev özünün "Facebook" səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib. "ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub", - deyə o vurğulayıb. Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB