"Kimyəvi hücumların Əsədə bir faydası yoxdur"

"Kimyəvi hücumların Əsədə bir faydası yoxdur"

İdlibdə həyata keçirilən kimyəvi hücumların Əsədə bir faydası yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin üzvü Aleksey Puşkov Tvitter hesabında yazıb. "İdlibdə kimyəvi silahlardan istifadə olayı Tramp administrasiyasının Əsədi devirməkdən imtina qərarından dərhal sonra baş verdi. Bu hücumun heç kimə, o cümlədən də Əsədə faydası yoxdur", - deyə rusiyalı deputat bildirib.

Xatırladaq ki, Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə zamanı əksəriyyəti uşaq və qadın olmaqla, 100-dən çox dinc sakin həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə