Kral ailəsinin illik xərclərini artırıb

Kral ailəsinin illik xərclərini artırıb

İspaniya hökuməti son 8 ildə ilk dəfə olaraq monarxiyaya ayrılan illik xərclərin məbləğini artırıb. 2017-ci ildə İspaniya Krallığının sarayına büdcədən 7 milyon 780 min avro ayrılıb. Bu, ötən illə müqayisədə 40 min avro çoxdur.

2009-cu ildə 8,9 milyon avro olan monarxiya büdcəsi bu illər ərzində tədricən azaldılmışdı. İspaniya Kralı VI Felipenin 2016-cı il ərzində gəliri 236 min avro təşkil edib. İspaniyada 2015-ci ildən etibarən Kral büdcəsinin xərclərinə dövlət orqanları nəzarət edir və hesabat yayır.

Bütün xəbərlər Facebook səhifəmizdə