Roma Papası: "Olanları görərkən dəhşətə gəldim"

Roma Papası: "Olanları görərkən dəhşətə gəldim"

Bu qəbuledilməz qətliamı şiddətlə qınayıram, olanları görərkən dəhşətə gəldim. Axar.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.

"Dünən İdlibdə törədilən qətliamda onlarla günahsız uşaq həlak oldu. Hücumdan əziyyət çəkən insanların ailələri üçün dua edirəm. Bu qətliamda əli olan siyasətçiləri vicdanlı olmağa çağırıram", - Papa bildirib. Xatırladaq ki, Əsəd rejiminin İdlibə kimyəvi bomba atması nəticəsində 100 nəfər ölüb, 500-dən çox sakin yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə