Misir Prezidenti ABŞ-ın bölgədəki bir nömrəli adamı olacaq?

Misir Prezidenti ABŞ-ın bölgədəki bir nömrəli adamı olacaq?

Misir Prezidenti Əbdülfəttah əl-Sisi Vaşinqtondan Amerikanın bölgədəki bir nömrəli adamı olaraq geri dönür. Axar.az xəbər verir ki, bu sözlər jurnalist Abdel Bari Atvanın Britaniyada yayımlanan "Rey Əl Yevm" qəzetində dərc olunan məqaləsində yer alıb. Atvan Səudiyyə Ərəbistanının bununla ərəb dünyasının lideri olmaq planlarının məhv olduğunu bildirib:

"Ənvər Sədatın 1978-ci ildə Kemp Devid Müqaviləsini imzaladığı gündən bu yana Ağ Evdə heç bir ərəb liderinə Sisi qədər təriflər yağdırılmamışdı. Bu təriflərin bir çox mənaları var. Bunlardan biri Trampın Misiri Amerikanın Yaxın Şərqdəki əsas müttəfiqi etməsidir. Bununla da Vaşinqton Rusiyanın bölgədə genişlənməsinə qarşı olaraq, Misiri özünün regiondakı xarici siyasətinin mərkəzinə çevirir. Bu vəziyyət Misir prezidentini Amerikanın gələcəkdə bölgədə aparacağı bütün siyasi və hərbi savaşlarının lideri edəcək. Bununla birlikdə Sisi sünni məzhəbinin lideri də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə