Türkiyə XİN: Beynəlxalq qurumlar ölçü götürməlidir

Əsəd rejimi üzərində xüsusi təsirə malik güclər hərəkətə keçməlidir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İdlib qətliamı ilə bağlı bəyanatında deyilib. Açıqlamada bildirib ki, beynəlxalq qurumlar bununla bağlı ölçü götürməlidir.

Qeyd edək ki, dünən Suriyanın İdlib şəhərinə rejim tərəfindən xlor qazı ilə zəngin bombaların atılması nəticəsində azı 100 nəfər ölüb, 400 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə