Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədən Əkbərjon Cəlilov adlı şəxs Qırğızıstan pasportuna malik olmayıb.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. "Əkbərjon Cəlilovun Qırğızıstan Respublikasına məxsus pasportu olmayıb. O, 2011-ci ildə, yəni 16 yaşında Rusiya Federasiyasının pasportunu əldə edib və həmin vaxtdan daimi olaraq sözügedən ölkədə yaşayır", - məlumatda bildirib.
XİN bəyanatında o da qeyd edilib ki, Cəlilov 1995-ci ilin aprelin 1-də Qırğızıstanın Oş şəhərində anadan olub və etnik özbəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB